İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda üçüncü turun görüşləri keçiriləcək.
Azərbaycan şahmatçılarından Aydın Süleymanlı Liviu-Diter Nisipyanu, Nicat Məmmədov Martin Vekker (hər ikisi Almaniya), Nicat Abbasov Hannes Stefansson (İslandiya), Rauf Məmmədov Voytex Plat (Çexiya), Vasif Durarbəyli David Qavrilesku (Rumıniya), Riad Səmədov Aleksandr Domalçukla (Ukrayna) münasibətləri aydınlaşdıracaq.
Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.
İki turdan sonra Aydın Süleymanlı, Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Nicat Məmmədov hesabına 1,5, Riad Səmədov 0,5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət Avropa çempionatına sentyabrın 5-də yekun vurulacaq. Mükafat fondu 100 min avrodur. Qalib 20 min qazanacaq.
Sahib Əsədbəyli