Ümumdünya onlayn Şahmat Olimpiadasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarışın çempionu Rusiya komandası olub. Danil Dubov, Vladislav Artemyev, Andrey Yesipenko, Aleksandra Kostenyuk, Aleksandra Qoryaçkina, Katerina Laqno və Polina Şuvalovadan ibarət heyət ABŞ yığması ilə hər iki final duelindən 3,5:2,5 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, ikinci onlayn Olimpiadada Azərbaycan yığması da mübarizə aparıb. Top divizionun B qrupunda yer alan millimiz Hindistan və Macarıstandan geri qalaraq qrupda üçüncü yeri tutub və növbəti mərhələyə yüksələ bilməyib.
Sahib Əsədbəyli