Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən "Vüqar Həşimov" klubu ilk turda İrlandiyanın "Qonzaqa" komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti turda Moldovanın "Perfekt" kollektivi ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 24-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 44 min avrodur.
Klublararası Avropa Kuboku
I tur
"Vüqar Həşimov" (Azərbaycan) - "Qonzaqa (İrlandiya) 4,5:1,5
Kiril Şevçenko - Ravi Hariya 0,5:0,5
Vüqar Əsədli - Konor O'Donnel 0,5:0,5
Aydın Süleymanlı - Tarun Kanyamarala 1:0
Ülvi Sadıqov - Trişa Kanyamarala 1:0
Əhməd Əhmədzadə - Conatan Peyn 0,5:0,5
Murad İbrahimli - Piter Kerrol 1:0
Sahib Əsədbəyli