Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VIII turun qarşılaşmaları keçiriləcək.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gələcək.
Hesabında 21 xal olan Rəcəbov hazırda üçüncü sıradadır. Məmmədyarov 9,5 xalla son - 10-cu pillədə qərarlaşıb. Sıralamaya 28,5 xalla M. Karlsen başçılıq edir.
Bildirək ki, hər tur ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb.
Dairəvi sistem üzrə keçirilən turnirə oktyabrın 4-də yekun vurulacaq.
Çempionlar Turu
Final mərhələsi
VIII tur
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç)
Aniş Giri (Niderland) - Maksim Vaşye-Laqrav (Fransa)
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya)
Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Xal durumu: Maqnus Karlsen - 28,5, Uesli So - 21,5, Teymur Rəcəbov - 21, Levon Aronyan - 18, Hikaru Nakamura - 16, Maksim Vaşye-Laqrav - 13,5, Vladislav Artemyev - 13,5, Aniş Giri - 11,5, Yan-Kşiştof Duda - 11, Şəhriyar Məmmədyarov - 9,5.