Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün ikinci tur oynanılacaq.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq. Qadın yığmamız isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək.
İlk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni tam üstünlüklə məğlub edib - 4:0.
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Sahib