Sloveniyanın Çatej şəhərində şahmat üzrə komandalarası Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi ikinci turda Serbiya ilə üz-üzə gəlib.
Birinci lövhədə oynayan Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr İndjiçi, Nicat Abbasov sonuncu lövhədə ağ fiqurlarla Miloş Perunoviçi yenib. Müvafiq olaraq iki və üçüncü lövhədə baş tutan Teymur Rəcəbov - İvan İvanişeviç, Qədir Hüseynov - Robert Markus duellərində isə "sülh" qeydə alınıb. Nəticədə, yığmamız görüşü 3:1 hesabı ilə qalib tamamlayıb.
Qadın kollektivimiz isə İsveçlə münasibətləri aydınlaşdırıb.
Günay Məmmədzadə birinci lövhədə qara fiqurlarla Pia Kramlinqi məğlub edib. Xanım Balacayeva üçüncü lövhədə "qaralar"la Yelena Andriçi, Ülviyyə Fətəliyeva isə sonuncu lövhədə ağ fiqurlarla Marqarita Zaritovskayanı yenib.
Beləliklə, davam edən Gülnar Məmmədova - İnna Aqrest duelinin nəticəsindən asılı olmayaraq komandamız yarışda növbəti qələbəsini qazanıb.
Avropa çempionatı, II tur
Kişilər
Serbiya - Azərbaycan 1:3
Aleksandr İndjiç - Şəhriyar Məmmədyarov 0:1
İvan İvaniseviç - Teymur Rəcəbov 0,5:0,5
Robert Markus - Qədir Hüseynov 0,5:0,5
Miloş Perunoviç - Nicat Abbasov 0:1
Qadınlar
İsveç - Azərbaycan 0:3
Pia Kramlinq - Günay Məmmədzadə 0:1
İnna Aqrest - Gülnar Məmmədova
Yelena Andriç - Xanım Balacayeva 0:1
Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva 0:1
Xatırladaq ki, ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni tam üstünlüklə məğlub edib - 4:0.
Sahib