Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sloveniyanın Çatej şəhərində təşkil olunan və artıq üç turu geridə qalan komandalarası Avropa çempionatının ən məhsuldar oyunçuları sırasındadır.
Fanat.Az xəbər verir ki, keçirdiyi hər üç qarşılaşmasını qalib başa vuran 36 yaşlı qrossmeysterimiz Aniş Giri (Niderland) və Benjamin Qledura (Macarıstan) ilə birgə şəxsi göstəricidə liderdir.
Üç matçdan 2,5 xal toplayan Nicat Abbasov isə ilk "10-luq"da yer alıb.
Qadınlardan ibarət millimizin üzvü Xanım Balacayeva iki görüşdən 2 xal toplayıb. Günay Məmmədzadə və Gülnar Məmmədova isə 2 xalı üç oyundan əldə ediblər.
Qeyd edək ki, hər üç turda qələbə qazanan kişilərdən ibarət millimiz 6 xalla turnir cədvəlinə başçılıq edir. Qadın komandamız isə hesabına 4 xal yazıb və hazırda 6-cı sıradadır. Kişilər bu gün baş tutacaq IV turda Macarıstan, qadınlar Almaniya kollektivinə qarşı oynayacaq.
Sahib