Şahmatın rapid və blits növü üzrə dünya çempionatı dekabrın 25-dən 30-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu barədə FİDE-nin rəsmi saytı məlumat yayıb.
Artıq təşkilatı işlərə start verilib.
Rapid turniri kişilərdə 13, qadınlarda 11 turdan ibarət olacaq. Blits üzrə qalibi müəyyənləşdirmək üçün isə kişilərdə 21, qadınlarda 17 tur oynanılacaq.
Turnirlər İsveçrə sistemi üzrə keçiriləcək. Ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilən son dünya çempionatında kişilərdə Maqnus Karlsen həm rapid, həm də blitsdə qalib adını qazanıb. Qadınlarda isə hindistanlı Hampi Koneru rapid, rusiyalı Katerina Laqno blits üzrə çempion olub.