23:28 18.11.2021 622

AÇ: Azərbaycan Ermənistanla heç-heçə etdi, İtaliyanı yendi

Sloveniyanın Çatej şəhərində təşkil olunan şahmat üzrə Avropa çempionatında altıncı turun görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, beş turdan sonra liderdən yalnız əlavə göstəricilərə görə geri qalaraq ikinci sırada qərarlaşan kişilərdən ibarət Azərbaycan millisi Ermənistanla üz-üzə gəlib.

Qarşılaşmada tərəflərin hamısı heç-heçəyə razılaşıb. Şəhriyar Məmmədyarov Qabriel Sarkisyanla, Teymur Rəcəbov Hayk Martirosyanla, Rauf Məmmədov Robert Hovannisyanla, Nicat Abbasov isə Samvel Ter-Sahakyanla "sülh bağlayıb".

Qadın kollektivimiz isə İtaliyaya qarşı oynayıb və rəqibini 2,5:1,5 hesabı ilə üstələyib.

Yeganə qələbəni Ülviyyə Fətəliyeva qazanıb. O, sonuncu lövhədə ağ fiqurlarla Daniela Movilyanunu yenib.

Günay Məmmədzadə Marina Brunello ilə, Gülnar Məmmədova Olqa Zimina ilə, Xanım Balacayeva isə Tea Queçi ilə heç-heçəyə razılaşıb.

Beləliklə, xalını 9-a çatdıran kişilərdən ibarət yığmamız 2-ci sıradakı mövqeyini qoruyub. Lakin seçməmizi lider Rusiyadan artıq 1 xal ayırır.

Sonrakı yerlərdə qərarlaşan Ukrayna, İspaniya, Ermənistan və Niderland da bizimlə eyni sayda xal toplayıb.

Qadın komandamız isə qələbə sayəsində 2 pillə irəliləyişə nail olub. Doqquz xalı olan yığma Ukraynanı əlavə göstəricilərə görə üstələyərək üçüncü sıradadır.

Rusiya maksimum nəticə - 12 xalla birinci, 10 xala sahib Gürcüstan ikincidir.

Avropa çempionatı, VI tur

Kişilər

Azərbaycan - Ermənistan 2:2

Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan 0,5:0,5
Rauf Məmmədov - Robert Hovannisyan 0,5:0,5
Nicat Abbasov - Samvel Ter-Sahakyan 0,5:0,5

Qadınlar

İtaliya - Azərbaycan 1,5:2,5

Marina Brunello - Günay Məmmədzadə 0,5:0,5
Olqa Zimina - Gülnar Məmmədova 0,5:0,5
Tea Queçi - Xanım Balacayeva 0,5:0,5
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva 0:1

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X