15:36 30.11.2021 1353

Millimizin debütantı: "Rusiyaya da qalib gələcəyik"

Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının üzvü Gövhər Beydullayeva Fanat.Az-a müsahibə verib.

12-21 noyabrda Sloveniyanın Çatej şəhərində keçirilən komandalarası Avropa çempionatında millimizin heyətində bürünc medal qazanan 18 yaşlı şahmatçı yarış barədə fikirlərini bölüşüb, gələcək hədəflərini açıqlayıb.

- Qadınlardan ibarət yığmanın heyətində ilk dəfə çıxış edirdiniz. Debütdəcə medal sevinci yaşadınız. Ümumən yarış haqda təəssüratlarınızı öyrənək.
- Daha öncə gənclərdən ibarət milli komandanın tərkibində Ümumdünya Şahmat Olimpiadasının qalibi olmuşam. Böyüklərdə debütüm çox uğurlu oldu. Komanda turniri fərdi yarışlardan fərqlənir. Komanda yarışında daha çox məsuliyyət hiss olunur. Oyunçular özlərindən çox, komandanı düşünməlidirlər. Ona görə də az da olsa həyəcan var idi. İlk 2 oyunda rəqiblərimizi tam üstünlüklə - 4:0 hesabı ilə məğlub etdik. Bu, bizdə əlavə ruh yüksəkliyi yaratdı. Həmin əhval-ruhiyyə ilə sona kimi uğurla davam etdik və sonda 3-cü yeri tutmağı bacardıq. Komandanın fərdi kimi olduqca sevincli və qürurluyam.

- Komandanın heyətində Məmmədyarova bacılarını görməyə alışmışdıq. Bu dəfə onlardan birinin deyil, sizin yığmada olmağınız bir qədər maraqla qarşılandı. Özünüz üçün necə, bu, gözlənilən idimi? 
- Mənim üçün gözlənilməz olmadı. Artıq 3 ildir ki, Azərbaycan çempionatlarında medalçılar sırasında oluram. 2019-cu ildə bürünc, 2020-2021-ci illərdə gümüş medal qazanmışam.

- Yeddi oyundan 4 xal topladınız. Millinin debütantı olduğunuzu nəzərə alsaq, göstəriciniz qənaətbəxş sayıla bilər. Özünüz çıxışınızdan razı qaldınız? Yoxsa bundan da yaxşı oynamaq olardı deyə düşünürsünüz?
- Əslində, özümdən daha yaxşı nəticə gözləyirdim, amma bu göstəricini da normal saymaq olar. Dediyim kimi, əsas komandanın qalib gəlməyidir. Fərdi nəticələrimiz o qədər də önəmli deyil.

- Bəs necə hesab edirsiniz, komandanın daha yüksək nəticə əldə etməsi mümkün idimi? Yığmanın çempionatın əsas favoriti olan Rusiya ilə qarşılaşmada əlverişli vəziyyəti qaçırdığı vurğulanır. Həmin oyunda siz də iştirak edirdiniz. Konkret nə baş vermişdi o matçda?
- Həmin görüşdə komanda yoldaşlarım Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva üstün vəziyyətdə idilər. Lakin heç biri bundan istifadə edə bilmədi. Ülviyə ilə mən məğlub olduq. Xanımla Günay isə heç-heçə etdilər. Çox böyük şanslarımız var idi. Qalib də gələ bilərdik.

- Belə anlaşılır ki, həyəcan üstünlüyü nəticəyə çevirməyə mane olub.
- Bəli. Biz psixoloji mübarizədə Rusiya millisinə məğlub olduq. Oyun zamanı hər birimizin böyük şansları var idi. İnanıram ki, növbəti illərdə həm psixoloji, həm də ümumi hazırlığımızı yüksək səviyyəyə qaldıraraq Rusiya millisinə də qalib gələcəyik.

- Cəmi 18 yaşınız var və artıq komandalararası Avropa çempionatı kimi nüfuzlu yarışın mükafatçısısınız. Belədə növbəti illərdə qarşıya qoyduğunuz şəxsi hədəflər də böyük olmalıdır...
- Komanda olaraq hədəfimiz növbəti Ümumdünya Şahmat Olimpiadasına güclü hazırlaşmaq və oradan da ölkəmizə medal gətirməkdir. Bildiyim qədər, nə kişi, nə də qadın komandamız bu günə kimi Ümumdünya Şahmat Olimpiadasında medalçılar sırasında olmayıb. İnanıram ki, gələn il bunu da bacaracağıq.

Yaxında 18 yaşadək gənclər arasında Dünya Kubokunun superfinalı keçiriləcək. Daha öncə həmin turnirin final mərhələsinin qalibi olmuşam. İndi isə hədəfim bu turnirin qalibi olmaqdır. İlin sonunda rapid və blitz üzrə dünya çempionatı keçiriləcək. Həmin yarışda da uğurlu çıxış etmək və tezliklə qadınların qrossmeysteri dərəcəsini almaq istəyirəm. Dəfələrlə qadın qrossmeysterləri məğlub etmişəm. Artıq özüm də o gücdə olduğumu hiss edirəm. Sadəcə uyğun turnirlərdə oynayaraq sonuncu balı yığmaq lazımdır. İnanıram ki, tezliklə qrossmeyster olacağam.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X