İspaniyanın Barselona şəhərində şahmat üzrə "Elllobregat Open" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda dördüncü turun görüşləri keçirilib.
Azərbaycan təmsilçilərindən yalnız Eltac Səfərli turu qələbə ilə başa vurub. O, norveçli Fredrik Kaaseni yenib.
Aydın Süleymanlı Aleksandra Maltsevskaya ilə heç-heçəyə razılaşıb.
Digər şahmatçımız Məhəmməd Muradlı isə turnirdə ilk məğlubiyyətlə üzləşib. O, hindistanlı Sethuramanla bacarmayıb.
Xalını 3-ə çatdıran Səfərli yarış cədvəlində 25-ci sırada qərarlaşıb. Süleymanlı və Muradlı hərəyə 2,5 xalla uyğun olaraq 34-40-cı yerdədirlər.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 160 şahmatçı mübarizə aparır.