İspaniyanın Barselona şəhərində təşkil olunan şahmat üzrə "Elllobregat Open" turnirində beşinci turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ikisi turu qələbə ilə başa vurub. Eltac Səfərli gürcüstanlı Nikolozi Kaçaravanı, Məhəmməd Muradlı rumıniyalı Filip Lusianunu məğlub edib.
Aydın Süleymanlı isə braziliyalı Roberto Molina ilə heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 4-ə çatdıran Səfərli yarış cədvəlində 13-cü sıraya yüksəlib. Muradlı 3,5 xalla 23-cü, hesabında 3 xal olan Süleymanlı 41-ci yerdədir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 150 şahmatçı mübarizə aparır.