İspaniyanın Barselona şəhərində şahmat üzrə "Elllobregat Open" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son - IX turda Azərbaycan təmsilçilərinin hamısı heç-heçə edib. Məhəmməd Muradlı Arjun Eriqaysi ilə, (Hindistan), Eltac Səfərli Sergey Fedorçukla (Ukrayna), Aydın Süleymanlı isə isə Adrian Suareslə (İspaniya) "sülh bağlayıb'.
Beləliklə, turnirdə şahmatçılarımızdan ən yaxşı nəticəni Məhəmməd göstərib. O, 6,5 xalla 8-ci yeri tutub. Hesabına 6 xal yazan Eltac 13-cü, 5,5 xal toplayan Aydın isə 34-cu olub.
Yarışın qalibi adını 7 xalla özbəkistanlı Nodirbek Abdusattorov qazanıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə ümumilikdə 150 şahmatçı mübarizə aparıb.