Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.
Fanat.Az xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Qara fiqurlarla oynayan Karlsen rəqibini 49-cu gedişdə təslim edib.
Beləliklə, sona 3 görüş qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.
Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə şahmat tacına yiyələnib. O, sonrakı mübarizələrdə titulunu qoruyub.