İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında beşinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Eltac Səfərli isveçrəli Oliver Kurmannla münasibətləri aydınlaşdırıb. Qara fiqurlarla oynayan 29 yaşlı qrossmeysterimiz rəqibinə qalib gəlib.
Aydın Süleymanlı Hindistan şahmatçısı Das Neelotoalla "sülh bağlayıb".
Məhəmməd Muradlı isə yarışda ilk məğlubiyyətlə üzləşib. 18 yaşlı qrossmeysterimiz Nodirbek Abdusattorova (Özbəkistan) uduzub.
Qələbə sayəsində xalını 4,5-ə çatdıran Eltac turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Aydın 4 xalla 14-cü, Məhəmməd 3,5 xalla 34-cüdür. Sıralamaya maksimum nəticə ilə hindistanlı Panayappan Seturaman başçılıq edir.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir. 10 turdan ibarət festival dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.