18:01 18.12.2021 405

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin açılış mərasimi keçirildi

Bu gün Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci superturnirin təntənəli açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, əvvəlcə Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Həşimova həsr olunan videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov hər il bu tədbirin yüksək səviyyədə təşkilinin dünya şahmat ictimaiyyətinin marağına səbəb olduğunu deyib:

“Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir təkcə Azərbaycanda yox, bütün dünyada maraqla qarşılanır. Mərhum qrossmeyster qısa ömür yaşasa da, böyük nailiyyətlər imza atıb. Bu gün Vüqar Həşimovun adına akademiya fəaliyyət göstərir. Həmin akademiyada onun arzuları və ideyaları reallaşdırılır. Bütün bunlara görə, Vüqar Həşimovun ailəsinə öz təşəkkürümü bildirirəm”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Bakının “Vüqar Həşimov memorialı”na ilk dəfə ev sahibliyi etdiyini bildirib: “Supertunirdə dünyanın aparıcı şahmatçıları iştirak edirlər. Pandemiya səbəbindən, 2020-ci ildə mötəbər şahmat turniri baş tutmadı. Ancaq həmin il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız erməni təcavüzündən azad edildi. Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri keçirilir. Ümid edirəm ki, gələcəkdə bu turnir həmin ərazilərdə təşkil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Həşimovun xatirəsinə turnirin təşkil olunmasına ilk gündən böyük diqqət ilə yanaşıb. Ölkə başçısı hər zaman idmançıların yanında olub və şahmatçılarımız da bu qayğını həmişə hiss ediblər. Bu səbəbdən bütün şahmat ailəsi adından Azərbaycan Prezidentinə təşəkkürümüzü bildiririk”.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq ənənəvi hal alan belə mötəbər yarışın keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırıb və bütün təşkilatçılara təşəkkürünü çatdırıb: “Əvvəlki 6 turnir Şəmkirdə təşkil olunub. Bakı ilk dəfədir yarışa ev sahibliyi edir. Builki turnirdə Vişvanatan Anand, Fabiano Karuana, Sergey Karyakin kimi dünya çempionları iştirak edirlər. Bu da turnirin yüksək səviyyədə olmasından xəbər verir”.

Oğlunun ideyalarından danışan Qasım Həşimov mərhum qrossmeysterin yüksək insani keyfiyyətlərindən və mübarizliyindən söz açıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov turnirdə hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi turnirin reqlamenti barədə məlumat verib. Daha sonra yarışın püşkü atılıb.

Püşkə əsasən, ilk turda aşağıdakı şahmatçılar üz-üzə gələcəklər:

David Navara (Çexiya) – Şəhriyar Məmmədyarov
Sergey Karyakin (Rusiya) – Riçard Rapport (Macarıstan)
Vişvanatan Anand (Hindistan) – Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) – Vüqar Əsədli

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparacaqlar.

Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Turnirin reytinq favoriti Karuana və sabiq dünya çempionu Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, hindistanlı qrossmeyster isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X