Polşanın Katovitse şəhərində şahmatın rapid növü üzrə Avropa çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə altı tur oynanılıb.
Azərbaycan təmsilçisi Vasif Durarbəyli qarşılaşmalarından dördünü qələbə, digərlərini isə "sülh"lə başa vurub. Beləliklə, 29 yaşlı qrossmeysterimiz 5 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Aleksandr Donçenko (Almaniya), Pyotr Brodovski (Polşa) və Toivo Keinanen (Finlandiya) maksimum göstərici ilə ilk üç sıranı bölüşdürürlər.
Sabah baş tutacaq daha 5 turun görüşləri ilə mübarizəyə yekun vurulacaq.
Qeyd edək ki, dekabrın 17-də blits üzrə turnir keçirilib. Həmin AÇ-də Durarbəyli 22 turdan 15 xal toplayaraq 16-cı yeri tutub. Qalib 18 xalla ev sahibi ölkənin təmsilçisi Yan-Kşiştof Duda olub.