İspaniyanın Sitjes bölgəsində təşkil olunan beynəlxalq şahmat festivalında altıncı turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı isveçrəli Fabian Baenziger ilə münasibətlərinə aydınlıq gətirib. Qara fiqurlarla oynayan 18 yaşlı qrossmeysterimiz 51-ci gedişdə rəqibinə qalib gəlib.
Eltac Səfərli Hans Nimanla (ABŞ), Aydın Süleymanlı isə İndoneziya şahmatçısı Mohamad Ervanla heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 5-ə çatdıran Eltac turnir cədvəlində 4-cü sırada qərarlaşıb. Aydın və Məhəmməd hərəyə 4,5 xalla uyğun olaraq 11 və 17-ci pillədədirlər. Sıralamaya 5,5 xala sahib Nodirbek Abdusattorov (Özbəkistan) başçılıq edir.
İsveçrə sistemi üzrə 10 turdan ibarət festival dekabrın 23-dək davam edəcək.
Qeyd edək ki, Eltac, Məhəmməd və Aydın 30 noyabr - 8 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində iştirak ediblər. Həmin yarışda ən yaxşı nəticəni Muradlı göstərib - 8-ci yer.
Sahib