Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir keçirilir.
Fanat.Az xəbər verir ki, yarışa Azərbaycandan 3 şahmatçı qatılıb.
Təmsilçilərimizdən Misrətdin İsgəndərov 4 turdan 3,5 xal toplayaraq liderlər qrupunda qərarlaşıb.
Digər şahmatçılarımız Nərmin Kazımova və Ülviyyə Fətəliyeva 3 xalla uyğun olaraq 22 və 25-ci pillədə yer alıblar.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
Sahib