Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışda daha iki tur geridə qalıb. Azərbaycan şahmatçılarından Misrətdin İsgəndərov görüşlərindən birini qələbə, digərini heç-heçə ilə başa vurub.
Nərmin Kazımova bir qələbə, bir məğlubiyyət, Ülviyyə Fətəliyeva isə iki heç-heçə ilə yadda qalıb.
Beləliklə, 6 turdan sonra hesabında 5 xal olan Misrətdin liderdən 0,5 xal geri qalaraq 6-cı pillədə qərarlaşıb Ülviyyə və Nərmin 4 xalla uyğun olaraq 23 və 28-ci sırada yer alıblar.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
Sahib