Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri start götürüb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz ilk turda rusiyalı Daniil Dubovla üz-üzə gəlib. Məmmədyarov qara fiqurlarla oynadığı partiyanın 30-cu gedişində rəqibi ilə "sülh bağlayıb".
Turun daha üç dueli də heç-heçə yekunlaşıb. Polşalı Yan-Kşiştof Duda Macarıstan təmsilçisi Rixard Rapportu, Vidit Santoş Qudjarati (Hindistan) Samuel Şenklendi (ABŞ), turnirin son qalibi Yorden Van Forest (Niderland) isə Nils Qrandeliusu (İsveç) yenib.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
I tur
Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Andrey Yesipenko (Rusiya) - Maqnus Karlsen (Norveç) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Vidit Santoş Qudjarati (Hindistan) - Samuel Şenklend (ABŞ) 1:0
Aniş Giri (Niderland) - Rameşbabu Praqnanandxa (Hindistan) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan) 1:0
Yorden Van Forest (Niderland) - Nils Qrandelius (İsveç) 1:0