Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda VII turun görüşləri keçiriləcək. 36 yaşlı qrossmeysterimiz bu dəfə macarıstanlı Rixard Rapport ilə münasibətlərinə aydınlıq gətirəcək. Məmmədyarov partiyada qara fiqurlarla mübarizə aparacaq.
Hazırda 4 xalı olan Məmmədyarov Maqnus Karlsen və Vidit Santoş Qudjarati ilə ilk üç pilləni bölüşdürür.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
VII tur
Rixard Rapport (Macarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Andrey Yesipenko (Rusiya) - Sem Şenklend (ABŞ)
Aniş Giri (Niderland) - Daniil Dubov (Rusiya)
Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ)
Yorden Van Forest (Niderland) - Vidit Santoş Qudjarati (Hindistan)
Nils Qrandelius (İsveç) - Sergey Karyakin (Rusiya)
Rameşbabu Praqnanandxa (Hindistan) - Maqnus Karlsen (Norveç)
Xal durumu: Karlsen, Qudjarati, Məmmədyarov - 4, Yesipenko, Rapport - 3,5, Karyakin, Duda, Giri - 3, Şenklend, Karuana, Dubov, Van Forest, Praqnanandxa - 2,5, Qrandelius - 1,5.