Çexiyanın Marianske-Lazne şəhərində Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə “Marienbad Open 2022” şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda VIII turun qarşılaşmaları keçirilib. Qrossmeysterimiz tur çərçivəsində almaniyalı Kristofer Noe ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz rəqibini təslim edərək yarışda ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsini qazanıb.
Beləliklə, xalını 5,5-ə çatdıran şahmatçımız ikinci pillədəki yerini qoruyub. O, lider Voytex Platdan (Çexiya) cəmi 0,5 xal geri qalır.
Mirzəyev bu gün baş tutacaq son turda çexiyalı Riçard Stalmax ilə qarşılaşacaq.
Xatırladaq ki, A.Mirzəyev yanvarın 7-dən 14-dək Çexiyada "Praqa Open" turnirində mübarizə aparıb. O, 9 turdan 7,5 xal toplayaraq həmin yarışın qalibi olub.
Sahib