Azərbaycan şahmatçısı Azər Mirzəyev Çexiyanın Marianske-Lazne şəhərində təşkil olunan “Marienbad Open 2022” festivalının qalibi olub.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışın sonuncu - IX turunda Riçard Stalmax (Çexiya) ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan qrossmeysterimiz rəqibini yenərək xalını 6,5-ə çatdırıb və beləliklə, turnirin baş mükafatına sahib çıxıb.
Mirzəyevlə eyni sayda xal toplayan Voytex Plat (Çexiya) əlavə göstəricilərə əsasən ikinci, onun həmyerlisi Pavel Simaçek isə 6 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, A.Mirzəyev daha əvvəl - yanvarın 7-dən 14-dək Çexiyada "Praqa Open" turnirində mübarizə aparıb və 9 turdan 7,5 xal toplayaraq həmin yarışın da qalibi olub.
Sahib