Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda VIII turun görüşləri keçiriləcək. Hazırda 4,5 xalla ikinci sırada olan 36 yaşlı qrossmeysterimiz tur çərçivəsində hindistanlı Rameşbabu Praqnanandxa ilə üz-üzə gələcək. Məmmədyarov bu partiyada ağ fiqurlarla mübarizə aparacaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
VIII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rameşbabu Praqnanandxa (Hindistan)
Sem Şenklend (ABŞ) - Maqnus Karlsen (Norveç)
Sergey Karyakin (Rusiya) - Rixard Rapport (Macarıstan)
Vidit Santoş Qujrati (Hindistan) - Nils Qrandelius (İsveç)
Fabiano Karuana (ABŞ) - Yorden Van Forest (Niderland)
Daniil Dubov (Rusiya) - Yan-Kşiştof Duda (Polşa)
Andrey Yesipenko (Rusiya) - Aniş Giri (Niderland)
Xal durumu: Karlsen - 5, Məmmədyarov - 4,5, Qujrati, Yesipenko, Giri, Rapport - 4, Karyakin, Karuana, Van Forest - 3,5, Duda, Şenklend - 3, Dubov, Praqnanandxa - 2,5, Qrandelius - 2.