Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat millisinin lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the Sexes" adlanan turnir davam edir.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda iki qələbə və iki məğlubiyyətdən sonra kişi kollektivlə "sülhə razılaşıb" - 5:5. Məmmədzadə öz lövhəsində isveçrəli Cozef Qallaherlə heç-heçə edib.
Bu nəticə sayəsində xanımlar xal hesabındakı üstünlüyü qoruyub - 25,5:24,5
Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə fevralın 3-də yekun vurulacaq.