Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunan "Tata Steel Masters" superturnirində sonuncu görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz XIII turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran şahmatçımız yarışı ikinci pillədə başa vurub.
Məmmədyarovla eyni xala sahib Rixard Rapport üçüncü yeri tutub. Turnirin qalibi isə 9,5 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub.