Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısında dəyişikliklərin az olmasına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi "Twitter" səhifəsində məlumat yer alıb.
Qurum yanvarda qrossmeysterlərin iştirakı ilə keçirilmiş turnir sayının az olduğunu bildirib.
Ali şahmat qurumu Niderlandın Veyk-an-Zeye şəhərində keçirilmiş "Tata Steel Chess" turnirinin gec başa çatdığını və bu səbəbdən, nəticələrin növbəti ay reytinqində qiymətləndiriləcəyini yazıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov Niderland turnirində 13 oyundan 8 xalla ikinci olub. Bu isə Məmmədyarovun hazırkı durumda 5-ci pilləyə yüksəlməsinə şərait yaradıb.