Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrossmeyster və usta normalı turnirlərdə Azərbaycan şahmatçıları çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, beynəlxalq qrossmeyster normalı turnirdə təmsilçimiz Kənan Qarayev 6 turdan 4,5 xal toplayaraq birinci pillədə qərarlaşıb.
Beynəlxalq usta normalı turnirdə isə Azər Mirzəyev 6 turdan 5,5 xal hasil edib. O, bu nəticə ilə turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, hər iki turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışlar fevralın 3-dək davam edəcək.
Sahib