Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the sexes" turniri davam edir.
Fanat.Az xəbər verir ki, 9-cu matçda qadınlardan ibarət komanda kişi kollektivi 6:4 hesabı ilə məğlub edib. Məmmədzadə öz lövhəsində Sabino Brunello (İtaliya) ilə heç-heçə edib.
Qələbə sayəsində xanımlar ümumi xal fərqini 3-ə endirib - 43,5:46,5.
Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə bu gün yekun vurulacaq.