Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the sexes" turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu - 10-cu matçda qadınlardan ibarət komanda yenə kişi kollektivə uduzub - 3,5:6,5. Məmmədzadə öz lövhəsində zambiyalı Gillian Bvalia ilə "sülh bağlayıb".
Beləliklə, yarış kişilərin 53:47 hesablı qələbəsi ilə yekunlaşıb.