Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın altıncı turunda niderlandlı Yorden van Forest ilə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. O, 2, 3 və 4-cü turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Təcrübəli şahmatçı hazırda 6 xalla 7-ci pillədə yer alıb. Sıralamaya 12 xalla Praqnanandha başçılıq edir.
Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.