Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində - Oslo Esports Cup"da tutduğu yer məlum olub.
Fanat.Az xəbər verir ki, sonuncu - VII turda Karlseni yenən 37 yaşlı qrossmeyster 8 şahmatçının iştirak etdiyi turniri 11 xalla beşinci sırada tamamlayıb.
Qalib 14 xal hasil edən polşalı Yan-Kşiştof Duda olub. Ondan bir xal geri qalan Le Kuanq Lyem (Vyetnam) 2-ci, 12 xal toplayan M. Karlsen 3-cü yeri tutub.
Xatırladaq ki, Məmmədyarov Karlsenədək I, V və VI turlarda müvafiq olaraq Kuanq Lyem, Aniş Giri və Yorden van Foresti (hər ikisi Niderland) məğlub edib. O, 2, 3 və 4-cü turlarda hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və Dudaya uduzub.