Azərbaycan şahmatçısı Vasif Durarbəyli Kubanın paytaxtı Havanada keçirilən 55-ci "Kapablanka Memorialı"nda ikinci yeri tutub.
Fanat.Az xəbər verir ki, yarışın elit turnirində mübarizə aparan 30 yaşlı qrossmeyster sonuncu - doqquzuncu turda hindistanlı Surya Şekhar Qanqulini məğlub edərək xalını 5,5-ə çatdırıb və 10 şahmatçı arasında ikinci pillədə qərarlaşıb.
Memorialın qalibi isə 7,5 xal toplayan Hans Nieman (ABŞ) olub.