Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanı yarışda Nicat Abasov, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Günay Məmmədzadə təmsil edəcəklər.
Turnirə 32 ölkədən ümumilikdə 80 şahmatçı qatılıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq.