Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Şarja Masters" turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk turda Azərbaycan təmsilçilərindən Nicat Abasov ermənistanlı Mamikon Qaribyanı, Misrətdin İsgəndərov ev sahibi ölkənin şahmatçısı Ammar Sedranini yenib.
Digər şahmatçılarımızdan Məhəmməd Muradlı və Aydın Süleymanlı görüşlərini heç-heçə başa vurublar. Günay Məmmədzadə isə məğlub olub.
Turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq.