Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" turnirinin əsas mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov I turda norveçli Aryan Tari ilə, Teymur Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. Məmmədyarov ağ, Rəcəbov qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
I tur
Şəhriyar Məmmədyarov - Aryan Tari (Norveç)
Uesli So (ABŞ) - Teymur Rəcəbov
Aniş Giri (Niderland) - Veselin Topalov (Bolqarıstan)
Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye-Laqrav (Fransa)
Maqnus Karlsen (Norveç) - Vanq Hao (Çin)