Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən turnirdə beşinci yeri tutub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - doqquzuncu turunda almaniyalı Niklas Şmiderlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan təmsilçimiz rəqibi ilə heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 6,5-ə çatdıran Səfərli 54 iştirakçı arasında beşinci yeri tutub.
Yarışın qalibi 7 xalla italiyalı Sabino Brunello olub.