16:51 16.06.2022 315

"Şuşa turnirində məşhur şahmatçıların iştirakını planlaşdırırıq" - Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinin suallarını cavablandırıb. 

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Azərbaycan çempionatının açılış mərasimində veteran şahmatçılarla görüşünüz maraqlı anlarla yadda qaldı. Federasiyanın gələcəkdə veteran şahmatçılarla bağlı hansı planları var?
- Biz daim veteran idmançılarımızı diqqətdə saxlayırıq, bundan sonra da onların yarışlarda iştirakına kömək edəcəyik. Bildiyiniz kimi veteran şahmatçıların Azərbaycan çempionatında mükafat fondu üç dəfə artırılıb. Qaliblər ölkəmizi beynəlxalq arenada təmsil etmək imkanı qazanacaq. Kişi və qadınlar arasında ən yüksək nəticə göstərən iştirakçı FİDE tərəfindən təşkil olunan dünya çempionatına göndəriləcək. Elmira Əliyeva yeganə xanım iştirakçı olduğuna görə onun dünya çempionatında iştirakı dəqiqləşib. Veteranların yarışında ikinci yeri tutan iştirakçı isə Moskvada MDB ölkələrinin çempionları arasında arasında baş tutacaq turnirdə mübarizə aparacaq. Veteranların yarışında əvvəllər şahmatı özünün əsas işi hesab edən peşəkarlar və həm də həvəskar iştirakçılar mübarizə aparır. Buna görə veteranlar həvəskar iştirakçıların nəticələrini nəzərə almağı xahiş etdilər. Bu amil mütləq nəzərə alınacaq və yekunda xüsusi nominassiya üzrə ən yaxşı iştirakçı təltif olunacaq.

- İşğaldan azad olunan torpaqlarımızda beynəlxalq şahmat turnirinin keçiriləcəyi ilə bağlı məlumat vermişdiniz. Artıq turnirin məkanı və tarixi məlumdurmu?
- Bu gün tarixi torpaqlarımızda beynəlxalq yarışlar keçirmək imkanımız var. Buna görə müzəffər Ali Baş Komanda İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanları hər zaman bizim yaddaşımızdadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. 
Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Qarabağ xanlığının sonuncu varisi,  görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində iş başlayıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21-24 sentyabr tarixlərində keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək. 

- Milli komandanın üzvü Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirində ikinci yeri tutdu. Son turda komanda yoldaşı Teymur Rəcəbovu məğlub edəcəyi halda çempion ola bilərdi. Yekunda Azərbaycan derbisi Rəcəbovun qələbəsi ilə başa çatdı. Bu barədə fikrinizi bilmək istərdik.
- Son aylar Şəhriyar Məmmədyarovun demək olar istirahətə vaxtı olmur, ardıcıl olaraq böyük turnirlərdə iştirak edir. Şəhriyar Məmmədyarov yüksək səviyyəli şahmatçı olduğuna görə çoxlu sayda dəvət alır. Həm FİDE Qran-Pri, həm Grand Chess Tour kimi yarışları qeyd etmək olar. Ardıcıl yarışlarda iştirakına baxmayaraq Şəhriyar nailiyyətlərini artırmağı bacarır. Son illərin ən böyük turnirlərindən sayılan "Norway Chess" çox məşhur yarışlardan biridir. Şəhriyar mötəbər turniri udmağa çox yaxın idi. Püşkə əsasən son turda milli komandadakı yoldaşı Teymur Rəcəbovla mübarizə apardı. Fikrimcə bizim şahmatçılar çox ağır, psixoloji vəziyyətdə qalmışdı. İnanıram ki, ədalətli mübarizə apardılar. Azərbaycan şahmatçılarının duelində sonda Teymur qalib gəldi. Amma idmanda istənilən nəticə ola bilər. Şəhriyar qalib gəlsəydi yenə də tənqidçilər fərqli fikir söyləyəcəkdi. Bununla belə ikinci yeri tutan Şəhriyar karyerasının ən gözəl yarışlarından birini keçirdi.

- Qarşıdan Beynəlxalq Şahmat Federasiyasında rəhbər vəzifələrə seçkilər baş tutacaq. FİDE prezidenti Arkadi Dvorkoviç açıqlamasında qurumun rəhbəri seçiləcəyi halda sizə hazırkı vəzifənizdə qalmağı təklif edəcəyini bildirib. Seçkidə hazırkı FİDE prezidentinin şanslarını necə qiymətləndirirsiniz?
- Əvvəlki illərdən fərqli olaraq çox gərgin seçkilər olacaq. Ali şahmat qurumunun prezidenti postuna 4 müxtəlif komanda iddia edir. Arkadi Dvorkoviç son 4 ildə işini peşəkar səviyyədə əyani olaraq nümayiş etdirdi. Böyük şahmat ailəsini idarə edəcək bacarığa malik rəhbər olduğunu sübut etdi. Üstəlik A. Dvorkoviçin seçki komandasında hindistanlı dünya çempionu Vişvanatan Anandın olması böyük amildir.

- Bir neçə gündən sonra dünya şahmat tacına İddiaçılar Turnirinə start veriləcək. Bu yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun şanslarını necə qiymətləndirirsiniz?
- Teymurun çətinliyi ondan ibarətdir ki, çox az yarışda iştirak edir. Az oynamağının obyektiv səbəbləri var, onları açıqlamaq istəməzdim. Oyun praktikası baxımından Stavanger turnirində iştirakı çox vacib idi. İddiaçılar Turnirində rəqiblərin hamısı təcrübəlidir, dünyada tanınan böyük ustalardı. Teymuru gərgin mübarizə gözləyir. Hazırlıqla bağlı dövlətimiz və federasiya tərəfindən bütün lazımi işlər görülüb.

- Son olaraq Naxçıvanda təşkil olunacaq 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadası barədə soruşmaq istərdik. Bu yarışda neçə komandanın iştirakı gözlənilir?
- Yaxın günlərdə Təşkilat Komitəsinin formalaşması başa çatacaq, praktiki işə başlanılacaq. Oktyabrda keçiriləcək olimpiadada təxminən 50-dək komandanın iştirakını gözləyirik.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

Facebookdan bizi izləməyi unutmayın.
X