Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster IX turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 41-ci gedişdə təmsilçimizin üstünlüyü ilə başa çatıb.
Turnirdə ilk qələbəsini qazanan Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.
Beləliklə, xalını 4-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 6,5 xala sahib Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
IX tur
Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) 1:0
Alireza Firuzca (Fransa) - Rixard Rapport (Macarıstan) 1:0
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5
Dinq Liren (Çin) - Yan-Kşiştof Duda (Polşa) 1:0