Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Çennai şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 17 yaşlı şahmatçı 10 turdan 5,5 xal toplayaraq 150 iştirakçı arasında 98-ci yeri tutub.
Allahverdiyeva bu göstərici ilə yarışın qadın iştirakçıları arasında 9-cu sırada qərarlaşıb.
Turnirin qalibi 8,5 xal hasil edən rusiyalı Boris Savçenko olub.