Polşanın Budqoş şəhərində beynəlxalq şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, festivalın qadınlar arasında turnirində Azərbaycanı ölkənin ən reytinqli qadın şahmatçısı, beynəlxalq usta Günay Məmmədzadə təmsil edir.
Dairəvi sistem üzrə təşkil olunan yarışda Məmmədzadə ilə yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaqa (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Olivia Kiolbasa, Joanna Majdan (Polşa) mübarizə aparırlar.
Beş turdan üç qələbə, iki heç-heçə sayəsində aktivinə dörd xal yazdıran Günay turnir cədvəlinə başçılıq edir. Millimizin liderini 3,5 xalla Kaşlinskaya izləyir.
Qeyd edək ki, yarış iyulun 3-də başa çatacaq