Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Rəcəbov turnir cədvəlinin və dünya reytinqinin ikincisinə qarşı qara fiqurlarla oynayacaq. Tərəflər arasında lk dövrədəki matç heç-heçə yekunlaşıb.
Hazırda 5 xalı olan Rəcəbov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 8 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
XII tur
Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan)
Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ)
Yan-Kşiştof Duda (Polşa) - Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) - Hikaru Nakamura (ABŞ)
Xal durumu: Nepomnyaşi - 8, Liren - 6,5, Nakamura - 6, Karuana - 5,5, Rəcəbov - 5, Duda, Rapport - 4,5, Firuzca - 4.