İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
AŞF rəhbəri 14 turdan 7,5 xal toplayaraq üçüncü yeri tutan Azərbaycan təmsilçisi Teymur Rəcəbova bürünc medalı təqdim edib.
Qeyd edək ki, 8 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə təşkil olunan İddiaçılar Turnirinin qalibi FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi olub. 32 yaşlı qrossmeyster 9,5 xal toplayıb və ikinci pillədəki Dinq Lireni (Çin) 1,5 xal qabaqlayıb. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.