Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının üçüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha üç turun görüşləri ilə turnirin rapid mərhələsinə yekun vurulub. 37 yaşlı qrossmeysterimiz öncə ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla qarşılaşıb və rəqibinə məğlub olub. Növbəti iki matçda isə o, ABŞ təmsilçiləri Leynyer Dominqes və Uesli So ilə heç-heçə edib.
Beləliklə, Məmmədyarov 9 turdan 8 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 12 xala malik Yorden Van Foreestdir (Niderland).
Növbəti iki gündə şahmatçılar blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
"Grand Chess Tour"
VII tur
Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) 0:1
VIII tur
Şəhriyar Məmmədyarov - Leynyer Dominqes (ABŞ) 0,5:0,5
IX tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5