Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasına qələbəylə start veriblər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib. Qadınlar isə Birləşmiş Ərəb Əmirliklərini eyni hesabla yenib.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
I tur
Azərbaycan - Əlcəzair 4:0
Rauf Məmmədov - Ali Nassr 1:0
Qədir Hüseynov - Lamine Brahami 1:0
Vasif Durarbəyli - Massinas Cabri 1:0
Nicat Abbasov - Xalil Bengerabi 1:0
Məmmədov və Durarbəyli ağ, Hüseynovla Abbasov qara fiqurlarla oynayıb.
Qadınlar
I tur
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri 4:0
Xanım Balacayeva - Moza Al-Mansuri 1:0
Gövhər Beydullayeva - Vafiya Al-Maamari 1:0
Gülnar Məmmədova - Aişa Al-Maini 1:0
Ülviyyə Fətəliyeva - Essa Ruda 1:0
Balacayeva ilə Məmmədova ağ, Beydullayeva və Fətəliyeva qara fiqurlarla mübarizə aparıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.