Hindistanın Çennay şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.
Qeyd edək ki, kişilərdə Özbəkistan, qadınlar arasında isə Ukrayna Olimpiadanın qalibi olub. Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.