Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində beş azərbaycanlı şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, dörd turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni 2,5 xalla Məhəmməd Muradlı göstərib. O, son turda almaniyalı qrossmeyster Liviu-Diter Nisipyanuya uduzub.
Son Azərbaycan çempionatının qalibi olan 19 yaşlı şahmatçı hazırda 148 iştirakçı arasında 36-cıdır.