Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalda növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster beşinci turda FIDE bayrağı altında mübarizə aparam rusiyalı Savva Vitoxini məğlub edib. Qələbə sayəsində xalını 3,5-ə çatdıran Muradlı turnir cədvəlində 15-ci pilləyə yüksəlib.
Turnirin reytinq favoriti Van Hao (Çin) da şahmatçımızla eyni göstəriciyə malikdir. Lider 4,5 xal hasil edən Rey Robsondur (ABŞ).
Son Azərbaycan çempionunun növbəti turdakı rəqibi Saleh Salem (BƏƏ) olacaq.
Qeyd edək ki, 76 şahmatçının iştirakı ilə təşkil olunan yarış İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.