Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalın "Masters" yarışında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster yeddinci turda Hüseyn Aziz (Qətər) ilə üz-üzə gəlib. Matç qara fiqurlarla oynayan təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Qələbə Muradlını yarış cədvəlində 5 pillə qabağa salıb. 4,5 xalı olan son Azərbaycan çempionu hazırda 33-cüdür. Lider 5,5 xal hasil edən Yorden Van Foreestdir (Niderland).
Muradlının növbəti turdakı rəqibi İndoneziya şahmatçısı olacaq.
Qeyd edək ki, 76 şahmatçının iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olacaq.